ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü barədə açıqlama verib. O, Twitter səhifəsində yazıb ki, Minsk qrupunun həmsədrləri aprelin 29-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüblər. Bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur. Görüşlər Parisdə keçirilir. O yazıb: "Biz Ermənistan idmançılarının I Avropa Oyunlarında iştirakı danışıqlarda inam və etibar yaratmağa kömək edəcəyinə ümid bəsləyirik."
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.