banner
banner

Dünya

Təbii fəlakət Gürcüstanı cənginə alıb

Təbii fəlakət Gürcüstanı cənginə alıb

Acarıstanın Kobuleti bölgəsində torpaq sürüşməsi nəticəsində 159 ailənin ətraf qəsəbələrlə əlaqəsi kəsilib.

Cia.az xəbər verir ki, bu barədə məlumatı Acarıstan Televiziyasi yayıb. Bildirilir ki, son günlər yağan güclü yağış bölgədə torpaq sürüşməsinə səbəb olub. Təbii fəlakət nəticəsində yerli sakinlərin evləri zərərlə üzləşib. 15 ailə təxliyyə olunub və onlara müvəqqəti alternativ yaşayış yeri təklif edilib.

Qeyd olunur ki, torpaq sürüşməsi ümumi olaraq 49 yerdə qeydə alınıb. Hadisə nəticəsində iki körpüyə, Çakvi qəsəbəsində isə üç evə zərər dəyib.

 

Bununla yanaşı, digər kəndlərin sakinləri də analoji vəziyyət ilə üzləşiblər. Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

Xatırladaq ki, leysan yağışları nəticəsində dünən Batumi şəhərini də su basıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.