"Putin gündəlik həyat tərzini davam etdirir"- Peskov
“Rusiya Prezidenti Vladimir Putin özünütəcrid rejimində iş də daxil olmaqla gündəlik həyat tərzini davam etdirir”.
Cia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Pesklov deyib.
“O, gündəlik həyat tərzini davam etdirir və əlbəttə ki, onu dəyişdirmək üçün heç bir səbəb yoxdur. Özünütəcrid şərti məhdudiyyətdir”, - deyə Peskov bildirib.
Qeyd edək ki, Vladimir Putin sentyabrın 14-ü müəyyən müddətə özünütəcrid rejiminə keçdiyini elan edib. Buna səbəb Putinin ətrafında çox sayda insanda koronavirus infeksiyasının aşkarlanması olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.