"Tatlısəs qardaşımdır" - deyəcək qədər ağlımı itirməmişəm"
Bu gün Türkiyə mediasında Ayşəgül Yıldızın keçmiş həyat yoldaşı İbrahim Tatlısəs haqqında “O artıq qardaşımdır” deməsi ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb. Belə sözü heç vaxt demədiyini bildirən Ayşəgül onun başqasının uydurması olduğunu söyləyib: “15 ilimi birlikdə keçirdiyim və sevərək ailə qurduğum, üstəlik uşağımın atası haqqında “qardaşımdır” deyəcək qədər ağlımı itirməmişəm. Kiminsə sözlərini mənimki kimi yazmayın! Özünüzə sərf edənləri yazıb məni axmaq gündəminizə çevirməyin”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.