Müdafiə naziri Zakir Həsənov Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabana gəlib.
Cia.az xəbər verir ki, nazir Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə xiyabanda keçirilən anım mərasimində iştirak edir.
Qeyd edək ki, şəhidlərin xatirəsi saat 12:00-da 1 dəqiqəlik sükutla yad olunacaq.


