“Azərbaycanlı qardaşlarımızın qəlbindəki 30 illik kədəri böyük bir sevincə çevirən prosesin fitilinin alovlandığı günün adıdır 27 sentyabr… Ermənistanın qanunsuz işğalına cavab olaraq qardaş Azərbaycan beynəlxalq hüquqdan irəli gələn qanuni hüquqlarından istifadə edərək əməliyyata başladı”.
Cia.az xəbər verir ki, bunuTürkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz rəsmi tviter hesabında yazıb.
“Ordusu və xalqı ilə birlikdə çox qısa müddətdə böyük bir dastan yazaraq Qarabağı işğaldan azad edən qardaş Azərbaycanı və xalqını qazandığı zəfərin ildönümü münasibətilə təbrik edirəm. 84 milyon olaraq ortaq tarixi və dəyərləri paylaşdığımız Azərbaycanın sevincini paylaşırıq. Türkiyə olaraq hər zaman bütün imkanlarımızla Azərbaycanın yanında olduq. Güclü dəstəyimizin ən əhəmiyyətli faktoru olan müdafiə sənayemizin meydandakı oyun dəyişdirmə təsiri Liviya və Suriyadan sonra Qarabağda da qələbəyə aparan prosesdə ən vacib faktorlardan biri olub.
Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında milli texnologiya həmləsi ilə təsirli və dəyişdirici gedişlər edən müdafiə sənayesi ilə dünya müharibə tarixinə təsir edən ölkəmiz, Qarabağda olduğu kimi, hər zaman bütün dostlarının və qardaş ölkələrin yanında olmağa davam edəcək”, - deyə o qeyd edib
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.