Rusiyada Perm-Yekaterinburq avtomobil yolunda yerüstü keçid uçub.
Cia.az xəbər verir ki, bu barədə məlumatı “59.ru” yazıb. Qeyd olunur ki, keçidin uçması nəticəsində 2 nəfər həlak olub.
İlkin məlumatlara görə, “MAN” yükünü özüboşaldan avtomobilin sürücüsü kuzovunu endirməyi unudub və o, yerüstü keçidi uçurdub. Keçid isə öz növbəsində “MAN”-in və qarşıdan gələn “Qazel” tipli avtomobilin üzərinə aşıb. Həlak olanlar hər iki avtomobilin sürücüləridir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.