İranın cənub rayonlarına doğru güclü qasırğa yaxınlaşır.
Cia.az xəbər verir ki, bu barədə məlumatı İranın Limanlar və Dənizçilik Təşkilatının Təhlükəsizliyi və Mühafizəsi Xidmətinin Baş direktoru Nader Pasande açıqlayıb.
Onun sözlərinə görə, güclü külək və tufan sentyabrın 30-dan oktyabrın 4-nə qədər Makran və Çabahara tutmuş Hörmüz boğazına qədər bütün sahil rayonlarını vuracaq.
Dalğanın 7 metrdən çox hündürlüyə çatacağı gözlənilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.