Triatlon üzrə idman yarışlarının keçirilməsi ilə əlaqədar bir neçə yol təmirə bağlanır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cia.az-a verilən məlumata görə, 2 may tarixdə saat 05:00-dan 17:30-dək müddətdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkət məhdudlaşdırılacaq. Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətdə hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur. Qeyd edək ki, Avropa Oyunlarında triathlon yarışları 13-14 iyun tarixlərində Dünya Triatlon Seriyasında altı həftəlik fasilə dövründə kerçiriləcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.