Türkiyədə 2021-ci il sentyabrın 30-na qədər qüvvədə olan ölkəyə giriş şərtlərinin müddəti növbəti qərara qədər uzadılıb.
Cia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Tur Operatorları Assosiasiyası yayıb.
“Türkiyə əlavə qaydalara qədər mövcud giriş şərtlərini saxlayır”, - deyə məlumatda qeyd olunub.
Assosiasiya qeyd edib ki, yola düşməzdən ən az 14 gün əvvəl “Sputnik V” vaksini ilə peyvənd olunanlar və yaxud son altı ay ərzində koronavirusa yoluxmuş şəxslər üçün mənfi PCR test sertifikatı tələb olunmur. Həmçinin 12 yaşa qədər olan uşaqlar da PCR testin təqdim olunmasından azaddırlar.
Qeyd olunur ki, Rusiya Tur Operatorları Assosiasiyasının daha əvvəl yaydığı məlumata əsasən, Rusiya 2021-ci ilin yanvar-avqust aylarında Türkiyəyə turist axını üzrə birinci pillədə qərarlaşıb. Cari ilin 8 ayı ərzində təqribən 2,5 milyon rus turist Türkiyəyə səfər edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 218% çoxdur.


