banner
banner

Gündəm

Putinlə Ərdoğanın maraqlı peyvənd dialoqu - Video

Putinlə Ərdoğanın maraqlı peyvənd dialoqu

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana üçüncü doza zamanı “Sputnik V” vaksinini məsləhət görüb.

Cia.az  “İnterfaks”a istinadən xəbər verir ki, Putin “Sputnik V” vaksinindən sonra onda koronavirus infeksiyasına qarşı antitel səviyyəsinin yüksəldiyini və 15-16 olduğunu bildirib.

Ərdoğanın “Mən artıq üçüncü doza olaraq Biontec qəbul etmişəm” sözlərindən sonra Putin gülərək “Yaxşı, o zaman” deyib.

 

Rusiya Prezidenti qeyd edib ki, COVID xəstəsi ilə təmasda olsa da virusa yoluxmayıb: “Bütün gün yoluxmuş insanla bir yerdə olsam da, xəstələnmədim. Şanslı idim”.

Ərdoğan Putinin antitel göstəricilərinin çox aşağı olduğunu, onun antitellərinin 1000-i keçdiyini bildirib. Putin isə cavabında “Yox, məndə yüksəkdir. Ekspertlər müxtəlif cür hesablayırlar. Ancaq mənə dedilər ki, çox yüksəkdir” deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.