Azərbaycan və Türkiyə orduları ilə bağlı mühüm sənəd parlamentdə
Milli Məclisdə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. Qanun layihəsini komitə sədri Ziyafət Əsgərov təqdim edib.
Musavat.com-un məlumatına görə, o bildirib ki, Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri heç bir ölkəyə qarşı yönəlməyib.
Z.Əsgərov Ermənistanla münasibətlərin perspektivlərindən də bəhs etdi. Bildirdi ki, dövlət başçısının dediyi kimi, Ermənistanla sülh rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və ərazi iddialarından birdəfəlik imtina etdiyi halda imzalana bilər. Komitə sədri artıq status və muxtariyyət müzakirələrinə son verildiyini də bir daha təkrarladı.
Qeyd edək ki, sözügedən qanun layihəsi mühüm məsələləri özündə ehtiva edir. Belə ki, layihəyə əsasən, xüsusi təyinatlı qüvvələrin təlimi məqsədilə Azərbaycan və Türkiyədən idxal edilən təchizat və təminat maddələri qarşılıqlı olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edilir.
Ev sahibi ölkə (ESÖ) göndərən ölkənin (GÖ) heyətini ESÖ-nün ərazisinə giriş/ESÖ-nün ərazisindən çıxış zamanı GÖ-nün təlim məqsədilə ESÖ-nün ərazisinə müvəqqəti olaraq idxal edilən təchizat və təminat maddələrini ESÖ ilə bağlanılmış qüvvədə olan beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq gömrük rüsumlarından və digər vergilərdən azad edir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.