“Düşmənin hərbi təxribatlarını özlərinin qəbrinə çevirdik” - Müdafiə Nazirliyi
“Biz öz hazırlığımızı artırırdıq. Çünki bilirdik ki, gün gələcək və Ali Baş Komandan “İrəli” əmri verəcək”.
Cia.az-in xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.
O vurğulayıb ki, Ermənistanın sərsəm bəyanatları Azərbaycanın hər bir vətəndaşının hissiyatına toxunurdu: “Sentyabrın 27-də düşmənin hərbi təxribatları özlərinin qəbrinə çevrildi. Ali Baş Komandanın həmin gün verdiyi əmrlə düşməni məhv etməyə başladıq. Müharibənin ilk günündən düşmənin “Ohanyan səddi”ni keçib irəli getdik”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.