Şakira çöl donuzlarının hücumuna məruz qalıb - FOTO
Dünyanın ən tanınmış ifaçılarından olan Şakira iki çöl donuzunun hücumuna məruz qalıb.
Kolumbiyalı müğənni səkkiz yaşlı oğlu ilə Barselonada parklardan birində gəzərkən heyvanların hücumuna məruz qalıb. İfaçı bildirib ki, qabanlar onun içərisində cib telefonu olan çantasını meşəyə sürükləyib.
Sonradan ifaçı yararsız vəziyyətə düşən çantasını tapa bilib, ancaq telefonunun vəziyyəti barədə heç bir açıqlama verilməyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.