Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili ətrafında yaranmış vəziyyəti sirk adlandırıb.
Cia.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
“Kreml Gürcüstanda Saakaşvili səbəbindən sabitliyin pozulması üçün risklərin olduğunu düşünmür. Bu cənab hardadırsa, orada sirk yaranır. Əsas odur ki, bu, vətəndaşlar üçün risk yaratmasın”, - deyə Peskov qeyd edib.
Qeyd edək ki, Mixail Saakaşvili bu gün səhər saatlarında öz feysbuk hesabında Gürcüstana qayıtması və hazırda Batumi şəhərində olması barədə məlumat paylaşıb. O, daha əvvəl də oktyabr ayında keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı ölkəyə qayıtmaq istədiyini elan etmişdi.
Ölkə rəhbərliyi Saakaşvilinin Gürcüstanda olması xəbərini feyk adlandırıb. Daxili İşlər Nazirliyi isə qeyd edib ki, o, rəsmi qaydada dövlət sərhədini keçməyib.
Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti ölkədaxili axtarışa verilib və barəsində bir neçə cinayət işi açılıb. Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Saakaşvili dövlət sərhədini keçdiyi an onu saxlayacaqlar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.