“Ana, bacılarımızdan utanıram“ - Model Səmradan qəribə paylaşım
Tez-tez açıq-saçıq paylaşımları ilə tənqid obyektinə çevrilən “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsinin qalibi model Səmra Hüseynova son paylaşımı ilə yenidən diqqət çəkib.
Cia.az xəbər verir ki, Səmra şəhidlərə görə bir müddət paylaşım etməyəcəyini bildirib:
“Hər gün onlarla şəhidin anım günü olduğu üçün əylənməyə vicdanım yol vermir. Ona görə də, bir müddət işdən kənar heç nə paylaşmayacağam, aktiv olmayacağam. Ana, bacılarımız ağlarkən utanıram. Hər ailəyə Allahdan səbr diləyirəm. Ehtiyacınız olarsa, sizi hər an dinləməyə, cavablamağa 7/24 hazıram”.
Səmra Hüseynovanın bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid edilib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.