İnternetə yüklənən bir video qısa müddət ərzində böyük marağa səbəb olub. Xarici ölkələrin birində dərs zamanı müəllimlə şagirdi arasında mübahisə yaranıb. Qız dərsə mane olduğu üçün müəllim ona əsəbiləşib. Nəticədə onlar mübahisə etməyə, daha sonra isə bir-birini təhqir etməyə başlayıblar. Yaşlı müəllim tələbəndən sinifdən çıxmasını tələb etsə də qız çıxmayıb. Yaşlı adam da qıza durmadan "sən xəstəsən, sənin beynin yoxdu" deyib.
Lakin qəfildən qız müəllimin masasının üstündəki kağızları dağıdıb. Elə bu anda əsəbləri dözməyən müəllim qızın üstünə hücum çəkib. Onu saçlarından tutaraq vurmağa başlayıb. Qızın sinif yoldaşları onları çətinliklə ayırıblar. Hətta oğlanlardan biri qızı çıxarmaq üçün digər oğlandan kömək də istəyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.