banner
banner

Gündəm

SOCAR prezidenti yaponlarla görüşdü

SOCAR prezidenti yaponlarla görüşdü

Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (SOCAR) prezidenti Rövnəq Abdullayev Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri Vatanabe Hiroşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Cia.az SOCAR-ın saytına istinadən məlumat verir ki, görüşdə R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlərdən söz açıb, bu layihələrdə fəal iştirak edən SOCAR-ın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldıığını, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm ölkəyə çevrildiyini nəzərə çatdırıb. SOCAR prezidenti həyata keçirilən layihələr sırasında “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini önə çəkib, Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədini daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığını vurğulayıb.

R.Abdullayev Yaponiya şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və daha sonralar Bakı-Tbilisi-Ceyhan layihələrinin iştirakçılarından olduğunu, Azərbaycanda və Türkiyədə həyata keçirilən layihələrdə müvəffəqiyyətlə çalışdıqlarını bildirib, “STAR” neft emalı zavodunun inşasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri V.Hiroşi Bakıya birinci dəfə səfər etdiklərini və şəhərin onlarda çox gözəl təəssürat yaratdığını söyləyib, səfərdə məqsədlərinin Azərbaycanda investisiya mühitinin öyrənilməsi və əlaqələrin qurulması üçün imkanların araşdırılması olduğunu nəzərə çatdırıb. Rəhbərlik etdiyi təşkilıat barədə məlumat verən qonaq bir çox ölkələrdə fəaliyyət göstərdiklərini, dünyanın iri neft-qaz şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi təşkilatın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb.

V.Hiroşi bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.