Masallıda reyd: Qaydaları pozan sürücü və piyadalar aşkarlandı
Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən Cia.az-a verilən məlumata görə, bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyən piyadalar aşkarlanıb. Dövlət yol polisi əməkdaşları tərəfindən həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb və bir daha izah edilib ki, yolu piyada keçidindən deyil, piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçməklə onlar öz həyatlarını təhlükəyə atmaqla bərabər digər hərəkət iştirakçıları üçün də maneə və çətinlik yaratmış olurlar. Tədbirlər zamanı həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilib və onların hər biri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.