banner
banner

Şou

Britni Spirsin yaxınlaşan toyunun detalları açıqlanıb.

Britni Spirsin  yaxınlaşan toyunun detalları açıqlanıb.

39 yaşlı amerikalı müğənni Britni Spirsin və nişanlısı 27 yaşlı şəxsi məşqçisi Sem Əsgərinin yaxınlaşan toyunun detalları açıqlanıb.

Mətbuatda yayılan məlumatlara görə, mərasimin Havay adalarında keçirilməsi planlaşdırılır. Cütlük məhkəmə zamanı müğənniyə dəstək olan Madonna, Mayli Sayrus kimi məşhurları DA dəvət edəcək.

“Hazırda Britninin əsas prioriteti ərə getmək, uşaq sahibi olmaq, sosial həyatını qaydaya salmaq və bütün pullarının hara xərcləndiyini anlamaqdır. Gərgin bir dövr olacaq”, - deyə ifaçının yaxınlarından olan bir mənbə bildirib.

İfaçının yaxın gələcəkdə səhnəyə qayıtmağı planlaşdırmadığı, tam hüquqlu bir ailə yaratmaq istədiyi vurğulanıb.

 

Mənbə: “StarHit”

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.