banner
banner

Şou

“Oğlum əllərimi öpüb son nəfəsini verdi” - Nazpəri + Video

“Oğlum əllərimi öpüb son nəfəsini verdi”

“Balamın məzarının başında dayanmışam. Bir neçə şəhidin məzarının başında dayandıqda içimdən nə hisslər keçirdi, necə olurdumsa, indi də belə dayanmışam. Çünki mənim oğlum o şəhidlərin heç birindən artıq deyil. Bacardığım qədər güclü olmağa çalışıram”.

Cia.az  xəbər verir ki, bu sözləri mərhum oğlu Əlinin məzarını ziyarət edən Xalq artisti Nazpəri Dostəliyeva deyib. Həmin kadrları “1 dəqiqə” verilişi lentə alıb.

Müğənninin sözlərinə görə, oğlu vəfat edəcəyini əvvəlcədən bilirdi: “Çox qəribədir ki, o, dünyadan köçəcəyini bilirdi, mən bilmirdim. O görürdü, mən görmürdüm. Mən inanmırdım. Bir az fikir edirdi. Son ildə onun öz problemləri oldu. Məndən gizlədirdi”.

 

Xalq artisti oğlunun son günlərini belə xatırlayır:

“22-si (martın-red.) özünü pis hiss etdi. Həkimlərə zəng vurduq. Sonuncu kardioloq dedi ki, Nazpəri xanım, dəyməyin, toxunmayın. Onu (oğlumu-red.) qucaqladım, basdım sinəmə. Yatıb yuxuma da gəlməzdi ki, Əli son nəfəsini tapşıracaq. Əli əvvəl dedi, mama, sən mənim əziyyətimi çox çəkmisən, sən güclü qadınsan, heç vaxt yenmə, əyilmə, sən sənətkarsan, səni sevənlərin gözünü yolda qoyma. Amma mən heç nə anlamırdım. Biz heç birimiz başa düşmədik ki, Əli son sözlərini deyir. Əli əllərimi öpdü və son nəfəsini verdi”.

Qeyd edək ki, N. Dostəliyevanın böyük oğlu Əli Quliyev bu ilin martında 41 yaşında vəfat edib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.