Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verə bilər.
Cia.az ölkənin müxalif “TV Pirveli” telekanalına istinadən xəbər verir ki, Qaribaşvili regionlarda yerli özünüidarəetmə orqanlarına keçirilən seçki zamanı əldə olunmuş uğursuz nəticələrə görə hökumətdəki vəzifəsindən məhrum edilə bilər.
Mənbənin məlumatına görə, Qaribaşvilini hazırkı regional inkişaf və infrastruktur naziri İrakli Karseladze əvəz edə bilər. Belə ki, o, “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvilinin etibar etdiyi şəxs hesab olunur.
Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 2-si keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, mer seçkilərinin ikinci turu oktyabrın 30-u ölkənin 20 şəhərində keçiriləcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.