“31 ildir ki, səhnədəyəm, ilk dəfədir ki...“ - Məleykə Əsədova
“31 ildir ki, səhnədəyəm və kariyeramda ilk dəfə idi ki, il yarım səhnədən uzaq qaldım”.
Bu sözləri Cia.az-a Xalq artisti Məleykə Əsədova deyib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası səhnə üçün çox darıxdığını etiraf edib:
“Teatrların açılmağı bizi o qədər sevindirdi ki, sözlə ifadə edə bilmərəm. Bilirsiniz, yaradıcı insan həmişə işləməlidir, hər zaman səhnədə olmalıdır. 31 ildir ki, səhnədəyəm və kariyeramda ilk dəfə idi ki, il yarım səhnədən uzaq qaldım. Buna baxmayaraq, həmin müddət ərzində yaradıcılığımı dayandırmamışam, çoxlu şeirlər, əsərlər hazırlamışam. Şeirlərim həddindən artıq çox oldu. İndi də teatrlar açılıb deyə çox sevincimin həddi-hüdudu yoxdur. Çünki teatr aktyorların ikinci evidir. Tamaşaçılar üçün darıxmışdım, əminəm ki, onlar da bizim üçün darıxıblar. Səhnə üçün, aktyor yoldaşlarım üçün burnumun ucu göynəyirdi. Artıq tam sürətlə məşqlərə başlamışıq, tezliklə tamaşaçıların qarşısında olacağıq. Hər kəsi teatrımıza gəlməyə dəvət edirəm. Hələ ki əvvəl oynadığımız tamaşaların məşqlərini edirik. İnşallah, bir müddət sonra yeni tamaşaların da məşqləri başlayacaq”.
Sənətçi səhnədən uzaq qalsa da, geri döndükdə çətinlik yaşamadığını bildirib:
“Təsəvvür edin, az qala 2 il olurdu ki, səhnədən uzaq idim, amma işə qayıdıb məşqə başlayanda qətiyyən çətinlik hiss etmədim. Mənim üçün adaptasiya problemi olmadı, əksinə, çox sevinclə işə başladım. Səhnəyə ruh yüksəkliyi ilə, daha enerjili qayıdacağıq. Hələ tamaşaçılarımızın alqışını gördükdən sonra daha ürəkdən çıxış edəcəyik, çox darıxmışıq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.