banner
banner

Dünya

Serj yox, Serjik Sarkisyan... - FOTO

Serj yox, Serjik Sarkisyan...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın öz adını dəyişdirdiyini bildirib:

“Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan dövlət başçısının sözügedən açıqlamasından sonra Sarkisyanın əsl adı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Daha sonra sosial şəbəkələrin həm Azərbaycan, həm də Ermənistan seqmentində eks-Prezidentin komsomol biletinin fotosu yayılıb.

 

Sənəddən də onun adının Serjik olduğunu görmək mümkündür.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.