banner
banner

Gündəm

“Sözü varsa, üzümüzə desin” - Çavuşoğlu

“Sözü varsa, üzümüzə desin”

“Tarixində müstəmləkəçilik kimi qara ləkəsi olmayan Türkiyəni bu mübahisələrin içinə çəkməsi son dərəcə yanlışdır”.

Cia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Əl-cəzairlə bağlı ölkəsini ittiham etməsinə cavab olaraq deyib.

“Son zamanlar Fransanın öz müstəmləkəçilik tarixi ilə üzləşməyə çalışdığını görürük və bunu müsbət qarşıladığımızı daha əvvəl də ifadə etmişdik. Ancaq son vaxtlar tarixi mövzularda yanlış şərh və yayındırmalar müşahidə edilir.

 

Bu məsələdə Fransanın nə qədər səmimi olduğuna dair suallar artmağa başlayıb. Xüsusən tarixində belə bir ləkəsi olmayan Türkiyəni də bu mübahisələrin içində çəkməyə çalışması yanlışdır”, - Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, Makronun yanaşması ölkəsindəki seçkiqabağı vəziyyətlə əlaqədardır:

“Halbuki nə Fransada, nə də başqa ölkələrdə belə ucuz yanaşmalar seçkilərdə fayda verir. Ona görə də belə populist yanaşmalar əvəzinə, öz xalqının etibarını qazanmaq üçün addımlar atmalıdır.

Makronun bizimlə bağlı deyəcək sözü varsa, arxamızdan deyil, birbaşa üzümüzə söyləməsinə üstünlük veririk”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.