banner
banner

Dünya

Nobelə layiq görüldüyünə inanmadı

Nobelə layiq görüldüyünə inanmadı

Xəbər verdiyimiz kimi, Tanzaniya əsilli Böyük Britaniya yazıçısı Abdulrazak Qurna Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Cia.az xəbər verir ki, yazıçı xəbəri telefonda alıb.

Amma A.Qurna bu xəbəri zarafat zənn edib. Tez-tez zarafata məruz qaldığı üçün yazıçını inandırmaq asan olmayıb.

 

O bildirib ki, zəng gələndə özünə çay hazırlayırmış. Zarafat olduğunu düşündüyü üçün zəng edən komitə nümayəndəsinə “Məndən əl çəkin” deyib.

Həmçinin oxuyun: Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü

Nobel sülh mükafatına Muratovla Ressa layiq görüldü

Yazıçını inandırmaq üçün 10 dəqiqə vaxt sərf olunub.

Qeyd edək ki, Nobel mükafatı komitələri namizəd siyahılarını gizli saxladığı üçün qaliblər xəbəri adətən telefonla öyrənir.

Xatırladaq ki, o, mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə, mühacirlərin taleyinə barışmaz və şəfqətli anlayışına görə bu mükafata layiq görülüb. 

A.Qurna 1948-ci ildə anadan olub və Zənzibar adasında böyüyüb başa çatıb. 1960-cı illərin sonlarında qaçqın kimi Böyük Britaniyaya gedib. Bu yaxınlaradək Kenterberidəki Kent Universitetində professor idi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.