Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi önünə ciddi itki ilə çıxacaq.
Apasport.az saytının məlumatına görə, komandamızın qrupdakı növbəti rəqibi Straxinya Pavloviçin xidmətindən məhrum qalacaq.
Buna səbəb 20 yaşlı müdafiəçinin Lüksemburqla səfər qarşılaşmasında sarı vərəqə almasıdır. Hazırda davam edən matçın 22-ci dəqiqəsində cəzalandırılan “Monako”nun oyunçusu tsikldə ikinci sarı vərəqəsini alıb. Bununla cəzalı duruma düşən Pavloviç millimizlə oyunu buraxacaq. O, seçmə mərhələdə ilk sarısını I turda İrlandiya ilə görüşdə alıb.
Qeyd edək ki, Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb