"Əfqanıstan İslam Əmirliyi və Amerika Birləşmiş Ştatları nümayəndə heyətləri arasında 2 günlük dialoq uğurla keçdi".
Cia.az "Tolou News"a istinadla xəbər verir ki, bunu "Taliban" sözçüsü Zəbiullah Mücahid bildirib.
O əlavə edib: "Görüş zamanı siyasi məsələlər ətraflı müzakirə olundu. Doha Anlaşmasının tam icrası İslam Əmirliyi tərəfindən ən yaxşı şəkildə qiymətləndirildi. Problemlərin həlli yolu və humanitar yardımın siyasi mövzularla əlaqəli olmaması vurğulandı".
Mücahidin sözlərinə görə, ABŞ nümayəndələri əfqanlara humanitar yardım göstərəcəklərinə və digər humanitar təşkilatlara yardımların çatdırılması üçün şərait yaradacaqlarına söz veriblər. "Taliban" da öz növbəsində bu qərarı alqışlayıb.
Mücahid bildirib: "Diplomatik münasibətləri daha yaxşı bir dövlətə qaytarmaq üçün səylər göstərilməlidir".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.