Gürcüstanda yeni müdafiə naziri Tinatin Xidaşeli təyin olunub. Bununla da Gürcüstanda Müdafiə Nazirliyinə ilk dəfə qadın başçılıq edəcək. Cia.az xəbər verir ki, onun bu təyinatı ölkə mətbuatında və ictimaiyyətdə geniş rezonans doğurub. Tinatin Xidaşeli Gürcüstan parlamentinin indiki sədri David Usupaşvilinin xanımıdır. Onlar Gürcüstanın Respublika Partiyasının üzvləridir. T.Xidaşeli bir sıra qeyri-hökumət təşkilatının, o cümıədən Gənc Hüquqşünaslar Assosiasiyasının yaradıcılarından sayılır. Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni kabinetinin tərkibində olacaq namizədləri təqdim edib. Deputat Qiqlu Aqulaşviliyə Ətraf mühitin müdafiəsi və təbii ehtiyatlar, deputat, keçmiş biznesmen və idmançı Tariyel Xiçikaşviliyə isə İdman və gənclər naziri vəzifəsinə təsdiqlənib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.