banner
banner

Dünya

Gürcüstanda vaksinasiya tempi aşağı düşüb - Beşinci dalğa gözlənilir

Gürcüstanda vaksinasiya tempi aşağı düşüb

“Gürcüstanda koronavirusa qarşı sutkalıq vaksinasiya tempinin aşağı olması narahatlıq doğurur”. Cia.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze brifinqdə deyib.

Onun sözlərinə görə, tempin artırılmasına nail olunmasa, ölkədə pandemiyanın beşinci dalğası daha çətin olacaq.

Qeyd edək ki, Gürcüstanda ötən sutkada daha 4 774 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub. Bu da sutkalıq yoluxmada antirekord sayılır. Ötən gün 1 623 nəfər sağalaraq evə buraxılıb, 37 pasiyent vəfat edib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 640 357 nəfərdə aşkarlanıb. Onların 603 995-i sağalıb, 9 306-sı dünyasını dəyişib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.