banner
banner

Hərbİ

Bayraktar PUA-larını 15 il əvvəl ilk dəfə belə sınaqdan keçirib - Fotolar

Bayraktar PUA-larını 15 il əvvəl ilk dəfə belə sınaqdan keçirib -

Türkiyənin “Baykar Teknoloji” şirkətinin texniki direktoru Selçuk Bayraktar kiçik pilotsuz uçuş aparatlarının ilk sınaq uçuşlarından birini 15 il əvvəl Şırnakda həyata keçirib.

Cia.az xəbər verir ki, “Milliyet” Şırnakın Akçay kəndində baş tutan ilk sınaq uçuşlarının görüntülərini yayıb.  

Bildirilir ki, 2006-cı ildə sınaq uçuşu həyata keçirilən sözügedən PUA-lar yerli və milli imkanlar hesabına inkişaf etdirilib. Türkiyənin qabaqcıl texnologiyalardan istifadə edərək istehsal etdiyi PUA və silahlı PUA-lar terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyində effektiv şəkildə istifadə olunurlar.

 

Bununla yanaşı, Şırnak sakinləri 15 il əvvəl sınaq uçuşlarına qatılan Selçuk Bayraktarı yenidən öz kəndlərində qonaq etmək istəyirlər. 

Qonşu Kayaboyu kəndinin bələdiyyə sədri Hakan Vural bölgədə təmin olunan rahatlıqdan məmnuniyyət duyduğunu dilə gətirib: “Əvvəllər bu dağlara çıxa bilmirdik. PUA və silahlı PUA-lar bizi gözətçi kimi qoruyur. Çobanlarımız sürülərini rahatlıqla otarır. Selçuk Bayraktara çox təşəkkür edirik”.

 

 




 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.