banner
banner

Gündəm

“Ayşən LTD”nin oktyabr faciələri: BNA-nın müqaviləsinə xitam verdiyi şirkət necə fəaliyyət göstərir?

“Ayşən LTD”nin oktyabr faciələri:

Xəbər verdiyimiz kimi, Bakıda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TH 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində yaralanan xeyli sayda insanın da həyatı təhlükədədir.

Cia.az-in araşdırmasına görə, üç il əvvəl də oktyabr ayında "Ayşən LTD” MMC-yə məxsus 160 nömrəli avtobus xətti Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşaraq xeyli sayda insanın yaralanmasına və ölümünə səbəb olmuşdu. Daha dəqiq desək, qəza nəticəsində 2 nəfər ölüb, 40 nəfər isə yaralanmışdı.

2020-ci ildə də "Ayşən LTD” MMC-yə məxsus digər avtobus xətlərində də qəzalar qeydə alınıb.
 
2021-ci il oktyabr ayının 13-ü, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlandığını açıqlayıb. Açıqlamada bildirilir ki, ilkin olaraq 5 nəfərin öldüyü təsdiqlənib: "7 nəfərin isə vəziyyəti ağırdır”.
 
Qeyd edək ki, 2016-2017-ci ildə də "Ayşən LTD” MMC-yə məxsus bir neçə avtobusun qəza törətdiyi bildirilir. Bununla belə, MMC-nin haqda vergidən yayınma, qiymət artımından sonra sürücülərdən yüksək məbləğdə plan tələb etmə, avtobus sürücülərinin şərnişinlərlə kobud rəftarı və ciddi qayda pozmaları ilə bağlı onlayn mediada çoxsaylı yazılara rast gəlmək mümkündür.
 
Xatırladaq ki, "Ayşən LTD” MMC-nin direktoru İradə Əliyeva keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.