Kamil Zeynallı onları qınadı: “Siz 50-100 manat qazanasınız deyə...“
Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb. Polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib və həmin şəxslər saxlanılıb.
Cia.az xəbər verir ki, bu barədə tanınmış idmançı Kamil Zeynallı da fikirlərini bölüşüb.
O, saxlanılanların görüntülərini paylaşaraq onları sərt şəkildə qınayıb:
“Əziz qardaşlarım, sizi bu halda görmək xoş deyil. Siz pul qazanasınız deyə niyə heyvanlara əziyyət, zülm verirdiniz ki, bu gün də bu halda görünəsiniz?! Prezidentimizin qızı Leyla Əliyeva heyvanlara görə zooparkı yenidən təmir etdirdi ki, heyvanlar əziyyət çəkməsin, rahat yaşasınlar. Siz isə 50-100 manata görə itləri qırdırıb öldürürsünüz. Günahdır axı…”
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.