banner
banner

Dünya

Tayvanda yaşayış binasında yanğın - 9 ölü, 44 yaralı

Tayvanda yaşayış binasında yanğın -

Tayvanın cənubunda yanğın nəticəsində 9 nəfər həlak olub.

Cia.az “Tass”a istinadən xəbər verir ki, yanğın həm yaşayış mənzillərinin, həm də ticarət obyektlərinin yerləşdiyi köhnə 13 mərtəbəli binada baş verib.

Qaosyun şəhərində baş verən bu yanğın zamanı 44 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hazırda yanğını nəzarət altına almaq mümkün olub.

 

Xilasedicilərin sözlərinə görə, yanğın qurbanlarının sayı arta bilər. Belə ki, binanın mənzillər yerləşən hissəsində bir qrup insan 7-ci və 11-ci mərtəbələr arasında qalıb.

İlkin məlumata görə, burada əksəriyyəti yaşlı insanlar olan 120 nəfər yaşayır.

 

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.