banner
banner

Dünya

İranın PUA bazası bombalandı: Ölənlər var SON DƏQİQƏ

İranın PUA bazası bombalandı:

İsrail hərbi hava qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edilib.

Nəticədə İranın dəstəklədiyi qruplaşmadan dörd nəfər ölüb, yaralıların olduğu deyilir.

Bir müddət əvvəl Suriya ordusundakı bir mənbə SANA xəbər agentliyinə İsrail təyyarələrinin Palmiranın cənub kənarındakı Əl Tanf sərhəd bölgəsindən hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumu dəf edərkən bir Suriya əsgəri şəhid olub, daha üçü yaralanıb.

Xatırladaq ki, oktyabrın 8-də İsrail hərbi hava qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 Şiə milisi yaralanıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.