banner
banner

Hərbİ

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında (BKH) çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını itirmiş hərbi qulluqçulardan Forma-11 adlı sənədin təqdim edilməsi müqabilində müxtəlif məbləğdə pul tələb Cia.az xəbər verir ki, məlumata Müdafiə Nazirliyi reaksiya verib. Nazirlikdən bildirilib ki, məlumatda göstərilən ad və soyadda hərbi qulluqçu BKH-da xidmət etmir: "Hesab edirik ki, təsdiqini tapmamış dedi-qodular əsasında belə məlumatların ictimailəşdirilməsi şanlı Zəfəri xalqımıza bəxş etmiş qalib Ordumuzun və Müdafiə Nazirliyinin imicinə xələl gətirən məqsədyönlü qara piardır, ucuz sensasiya məqsədi güdür. 

 

Ordumuzun hər hansı bir qurumu barədə rəsmi təsdiqini tapmamış, Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməmiş, düşmən maraqlarına xidmət edə biləcək məlumatların elektron informasiya resurslarında, həmçinin digər kütləvi informasiya vasitələrində yayılmasını qətiyyətlə pisləyir, vətəndaşlarımızı və mətbuat nümayəndələrini belə addımlardan çəkinməyə çağırırıq.

Digər tərəfdən diqqətə çatdırırıq ki, qeyd olunan sənəd Müdafiə Nazirliyinin tibb müəssisələri tərəfindən deyil, hərbi qulluqçuların xidmət etdikləri müvafiq hərbi hissələr tərəfindən təqdim olunur".

 

 
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.