Dünən Gürcüstanın Rustavi şəhərində 17 saylı həbsxanada baş vermiş yanğın zamanı iki nəfər həlak olub.
Cia.az “Interpressnews”a istinadən xəbər verir ki, həlak olan şəxslər məhbus olub.
Bildirilir ki, yanğın günorta saatlarında həbsxananın mətbəxində başlayıb. Hadisə yerinə ümumilikdə 6 yanğınsöndürən briqadası və 11 maşın cəlb olunub.
Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Qeyd olunur ki, sözügedən həbsxana ölkənin keçmiş Prezidenti Mixail Saakaşvilinin saxlanıldığı 12 saylı həbsxananın yaxınlığında yerləşir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.