Nadir Qafarzadə fəxri ad davası etdi: "Haqqımı tələb edirəm"
Müğənni Nadir Qafarzadə fəxri ad almadığı üçün qəzəblənib.
Cia.az xəbər verir ki, müğənni ad alan həmkarlarını təbrik edikdən sonra sərt fikirlər səsləndirib: “Həmkarlarımı təbrik edirəm. Azərbaycan vətəndaşı olduğum üçün utanıram. Haqsızlıq var. Hər zaman tanışlıq, day-daylar işə yarayıb. Bunlar düzəlməyəcək”.
Müğənni daha sonra sözügedən videosunu silərək yeni açıqlama yayıb:
“Mən keçmiş Mədəniyyyət nazirinin müavinin yanında olanda mənə dedi ki, səni mənə heç kim tapşırmayıb və kimə nə vaxt fəxri ad verəcəyimizi özümüz bilərik. İllərin sənətkarıyam. Hər yerdə təmənnasız konsertlərim olub. Haqqımı tələb edirəm. Düşünürəm ki, mənim səsimi lazımi orqanlar eşidəcək”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.