“Onu masaj etmədiyim üçün yer tutmadım” - Müsabiqə iştirakçıları
Türkiyənin “Best Model” yarışmasında “Best Smile” gözəli seçilən Elmas Yıldız “2-ci sayfa” verilişində iddiaları ilə gündəm olub.
Cia.az məlumatına görə, o, müsabiqədə qalibin qabaqcadan müəyyən edildiyini bildirib:
“Yer tutanlar əvvəlcədən bəlli idi. Onlara ayrı otel otağı tutuldu. Yer tutacaq iştirakçılar Erkan Özermana masaj etməyə çağırıldılar”.
Yıldızın sözlərinə görə, məsul şəxs kişi iştirakçılara da zəng edərək “Erkan Özermana masaj etmək istəyərsən?” deyə mesajlar göndərib. Alınan rədd cavablarına isə “Yarışda görərsən sən” deyə qarşılıq verilib. “Best model” iştirakçılarından olan Barış Arslan da verilişə zəng edərək Elmas Yıldızın dediklərini təsdiqləyib:
“Həmin əxlaqsız təklifləri qəbul etməyəcəmsə, yer tuta bilməyəcəyim söhbəti tamamilə doğrudur. Qulaqlarımla eşitdim. Telefonda mesaj göndərilərək mənə bunlar deyildi. Əxlaqsız təklifi qəbul etmədiyim üçün yer tutmadım. Bəziləri 2-3 mükafatı birdən aldı. Mən səhnədə şok oldum”.
Qeyd edək ki, 83 yaşlı Erkan Özerman yarışmanın təşkilatçısıdır. Müsabiqənin builki qalibləri Oğulşat Gagşalova və Bartu Dilmendir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.