banner
banner

Gündəm

Oğluna görə ər evinə qayıtdı- yataqda güllələndi

Oğluna görə ər evinə qayıtdı-

Türkiyədə ər yuxuda olan arvadının başından tüfənglə güllələyərək qətlə yetirib. 
Cia.az-ın məlumatına görə, hadisə gecə saat 03 radələrində baş verib. 32 yaşlı Gökhan Ferit Gül 9 illik həyat yoldaşı 27 yaşlı Ersel Gülü başına 1 dəfə atəş açaraq öldürüb. 
Gökhan Ferit Gül bundan sonra yan otaqda yatan oğlu Atakan Gülə tərəf atəş açıb. Ancaq güllə 3-cü sinifdə oxuyan uşaqdan yan keçib.
Onlarla eyni evdə yaşayan atası - 61 yaşlı Cumazi Gül silah səsinə oyanır və tüfəngi oğlunun əlindən almağa çalışır. Atasının əlindən qaçan Gökhan Ferit Gül evdən çıxaraq ətrafa güllə atmaşa başlayır.
Cumazi Gül qorxudan tit-tir əsən nəvəsini qonşuluqdakı evlərdən birinə apararaq gizlədir. Gökhan isə təxminən 100 metr uzaqlıqdakı kənd meydanına gedərək burada tüfənglə başına atəş edir. 
Hasisə yerinə təcili tibbi yardım və polis çağırılır. Tibb işçiləri Ersel Gülün artıq öldüyünü təyin edirlər. Gökhan Ferit Gül başından ağır yaralansa da yaşayır.
Baş verənlərdən xəbər tutan Gül ailəsinin yaxınları Gökhanın psixoloji problemləri olduğunu və bir müddət əvvəl müalicə aldığını bildirirlər. Onun əvvəllər də ailəsini ölümlə təhdid etdiyini deyən qohumlar, Erselin küsüb getdiyi atası evindən yeni döndüyünü deyirlər. Qadın azyaşlı uşağı ilə birlikdə 1 ay atası evində qalıb. Oğlunu atasız böyütmək istəməyən ana əri ilə barışmaq qərarını verir. Bu qərar onun özü üçün verdiyi ölüm hökmü olur...

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.