banner
banner

Dünya

İspaniyada sakinlərə pul paylanacaq

İspaniyada sakinlərə pul paylanacaq

 

 

İspaniyanın Santander şəhər rəhbərliyi sakinlərin eko-nəqliyyata keçməsini sürətləndirmək və bunu maliyyələşdirmək üçün qərar qəbul edib. Belə ki, hökumət elektrovelosiped ala bilmələri üçün sakinlərə 350 avro pul verəcək.

Yeni təşəbbüs üçün hökumət 75 min avro ayıracaq –  bu, 215 elektrikli velosiped almaq üçün kifayətdir. İdarə ümid edir ki, bu tədbir sakinləri planet üçün təhlükəsiz nəqliyyat seçiminə sövq edəcək və şəhər mühitini piyadalar və velosipedçilər üçün daha rahat edəcək.

 

Proqrama ən az altı ay rəsmi olaraq Santanderdə yaşayan 18 yaşdan yuxarı şəxslər müraciət edə biləcəklər. Elektrikli nəqliyyatları yalnız yerli mağazalarda satın almaq mümkündür. Hökumət bu şəkildə şəhər sahibkarlarını dəstəkləmək istəyir.

Bundan əlavə, şəhər pulsuz velosiped təmiri üçün kiçik stansiyalarla təchiz ediləcək.

Mənbə: Lenta.ru



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.