Türkiyənin daxili işlər naziri Süleyman Soylu İranda rəsmi səfərdədir.
Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, onu Tehranda İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari qarşlıayıb. Daha sonra Soylunun iranlı həmkarı Əhməd Vahidi ilə görüşü olub.
Görüş zamanı onlar təhlükəsizlik və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq üzrə qarşılıqlı anlaşma memorandumuna birgə baxış keçiriblər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.