“O gecə Roza Zərgərli hara gedib? - Zaur gizlinləri açdı...
"Mən nəyəsə küskün olanda heç kimlə bölüşmürəm. Şıxov tərəfdə bir yer var, ora gedirəm".
Cia.az xəbər verir ki, bu sözləri "Həmin Zaur" verilişində müğənni Roza Zərgərli deyib. Aparıcı Zaur Kamal verilişdə qeyd edib ki, o gecə Roza Zərgərlinin hara getdiyini heç kim bilməyib, qızı hay-haray salmışdı.
Roza Zərgərli isə belə cavab verib:
"Sadəcə qızımın təzə albomunu göndərmişdilər. 21 il əvvəl müğənni kimi səhnəyə gəldiyim an yadıma düşdü. Övladımın səhnəni fəth etməsini təbii ki, istəyirəm. O qədər çətin peşəmiz var ki, uşaqlarımıza yazığım gəlir".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.