banner
banner

Dünya

Bu ölkə Moldovaya yardım edəcək

Bu ölkə Moldovaya yardım edəcək

Ukrayna Moldovaya qaz tədarükü ilə bağlı yardım göstərəcək.

Cia.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. Şuranın iclasından sonra açıqlamalar verən Danilovun sözlərinə görə, Moldovanın Baş naziri Natalya Qavrilitsa belə bir xahişlə Ukrayna hökumətinə müraciət edib.

O bildirib ki, Moldovaya qaz pulla deyil, borca veriləcək və Moldova daha sonra bu resursu geri qaytaracaq. Danilov qeyd edib ki, bu addım ona görə atılmalıdır ki, Ukraynada Moldovadan qazla təmin olunan ərazilər var. 

 

Xatırladaq ki, Moldova hökuməti qaz çatışmazlığı ilə əlaqədar noyabrın 20-dək ölkədə fövqəladə vəziyyət elan edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.