banner
banner

Dünya

Saakaşvilini öldürmək istəyirlər – Vəkildən SENSASİON AÇIQLAMA

Saakaşvilini öldürmək istəyirlər –
 

Eks-prezident Mixeil Saakaşvilini türmədə qiyam imitasiyası ilə məhv etməyi planlaşdırırlar.

Cia.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri “Mtavari arxi” kanalının rəhbəri, Saakaşvilinin vəkili Nika Qvaramiya deyib.

“Bizim məlumatımıza görə, Saakaşvilinin köçürüldüyü türmə xəstəxanasında məhv edilməsi üçün türmədə qiyam imitasiyası hazırlanır”, - o iddia edib.

Qvaramiya deyib ki, türmə xəstəxanasına artıq bir neçə məhkum gətirilib.

Vəkil hakimiyyətdən yaxın saatlarda Saakaşvilinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmağı və onu çoxfunksiyalı xəstəxanaya köçürməyi tələb edib.

Qvaramiya onu da deyib ki, 24 gün aclıq məhkumun ürəyinin dayanmasına da səbəb ola bilər:

“Saakaşvili üçün ən böyük risk ürək dayanmasıdır. Onun yatdığı xəstəxanada kardioloji xidmət ikinci səviyyədə olmalıdır. Bu isə türmə xəstəxanasında yoxdur”.

O, bu məsələ ilə bağlı yardım üçün səhiyyə naziri və ombudsmana da çağırış edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.