“Taliban” gənc idmançını edam etmədiyini iddia edir
“Taliban” hərəkatı 20 yaşlı gənc idmançı Mahcabin Hakiminin başının kəsilərək edam edilməsi barədə məlumatı təkzib edib.
Cia.az xəbər verir ki, bu barədə məlumatı “Taliban” hökuməti tərəfindən Əfqanıstanın Milli Olimpiya Komitəsinin Prezidenti Nazar Məhəmməd Motmain açıqlayıb.
“İdmançının talibançılar tərəfindən öldürülməsi barədə xəbərlər yalan və böhtandır”, - deyə Motmain vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl Əfqanıstanın gənclərdən ibarət voleybol üzrə yığmasının 20 yaşlı idmançısının edam edilməsi barədə məlumat yayılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.