banner
banner

Sağlamlıq

COVID-19-dan "super immuniteti" necə əldə etmək olar? - ARAŞDIRMA

COVID-19-dan "super immuniteti" necə əldə etmək olar?

İtaliya alimləri belə qənaətə gəliblər ki, "qarışıq" immuniteti olan insanlar SARS-CoV-2 patogenindən ən yaxşı şəkildə qorunur.

Cia.az Lent.az-a istinadla bildirir ki, söhbət insanın koronavirus infeksiyasına yoluxduğu və sonradan peyvənd edildiyi vəziyyətdən gedir.

 

Beləliklə, COVID-19-un törədicisindən "super immunitet" əldə etmək üçün xəstəlikdən əziyyət çəkən insanlar heç bir halda peyvənddən imtina etməməlidir.

Bu barədə Sena Universitet Xəstəxanasının əməkdaşları məlumat verib.

Mütəxəssislər könüllülərdə B-hüceyrələrinin səviyyəsinin yoxlanıldığı bir araşdırma aparıblar.

Təcrübə həm COVID-19-ə yoluxnuş, həm peyvənd edilənləri, həm də əvvəllər heç bir xəstəliyi olmayan peyvənd olunanları əhatə edib.

Nəticədə birinci qrupun nümayəndələrinin daha çox zərərsizləşdirici antitelə malik olduğu ortaya çıxıb.

Başqa sözlə, ikiqat "qorunma" orqanizmə SARS-CoV-2 koronavirusunun yeni variantlarının öhdəsindən gəlməyə imkan verir.

Ancaq qeyd etmək lazımdır ki, COVID-19 ilə xəstələnməmiş insanlar sadəcə peyvənd edilməlidir.

Əlbəttə ki, yalnız "super immunitet" əldə etmək üçün xəstəliyə xüsusi dözmək mümkün deyil, çünki peyvənd olmadan xəstəliyin ağır formasının inkişaf riski yüksəkdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.