Seda Sayan özündən 15 yaş kiçik sevgilisi ilə ilk dəfə görüntüləndi - FOTO
Beş dəfə nikah masasına oturan və bir daha evlənməyəcəyini açıqlayan Seda Sayan özündən 15 yaş kiçik təşkilatçı Ata Çağlayanla sevgili olması iddiası ilə gündəmə gəlib.
43 yaşlı Çağlayan Banu Noyanla evli olub, lakin cütlüyün evliliyi cəmi yeddi ay davam edib.
Seda Sayan və Ata Çağlayan Ortaköydə bir məkanda təxminən beş saat bir yerdə olublar. Sənətçi Safiye Soyman da onların yanında olub.
Gecənin sonunda məkandan çıxarkən görünən cütlük jurnalistlərin olduğunu anladıqdan sonra şəkil çəkdirməkdən çəkinib. Kameranı görən Ata Çağlayan Sayanı sürətli addımlarla maşınına mindirdikdən sonra gözdən itib.
Seda Sayan ötən günlərdə barəsində çıxan sevgi iddiasına cavab verərək Çağlayanla eşq macərası yaşamadığını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.