banner
banner

Dünya

Fransa və İngiltərə arasında gərginlik artır: Paris Londonu hədələdi

Fransa və İngiltərə arasında gərginlik artır:

Fransa balıq ovuyla bağlı məhdudiyyətə məquz qalmasına görə qisas almaq üçün Milad ərəfəsində Britaniya ilə arasındakı yük daşımalarını qəsdən dayandırmağa hazırlaşır. Səlahiyyətlilər qorxu içərisindədir.

Cia.az Almaniyanın “San” nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniya suları üzrə lisenziyalarla bağlı danışıqlar həlledici mərhələyə çatdığı üçün ingilis hökuməti Emmanuel Makronla qarşıdurmaya hazırlaşır.

Fransız kapitanlar balıq ovu ilə bağlı danışıqların uğursuz olacağı halda, şənbə səhərindən etibarən Fransaya məxsus olan, ancaq İngiltərənin 34 kilometrliyində yerləşən Kale limanını bağlamaqla hədələyirlər.

Növbəti bazar ertəsi başlaya biləcək cavab tədbirlərinə hazırlaşan rəsmi Paris Britaniya mallarına əlavə idxal vergisi tətbiq etmək istəyir. Lakin Fransanın Avropa Birliyindən lazımi dəstəyi ala biləcəyi şübhə altındadır.

Fransa rəsmiləri Britaniya ilə münasibətləri daha da pisləşdirmək istəmədiklərini də etiraf edirlər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.