banner
banner

Dünya

Nazir Olimpiadadakı uğursuzluğu araşdıracaq

Nazir Olimpiadadakı uğursuzluğu araşdıracaq

“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”.

Cia.az xəbər verir ki, bunu mətbuata açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

 

O bildirib ki, hər bir idman növünün özəlliyi və gözləntiləri var: “Biz bu barədə qlobal da danışa bilərik. Amma Oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir".

 

Qayıbov Rio-2016 ilə müqayisədə Tokio-2020-də medal sayının az olma səbəbinin nədən qaynaqlandığına baxmağın gərəkliyini vurğulayıb: "Qəflətən nə isə demək çətindir. Aydın olan səbəblər var idi, göz qabağında idi. Müəyyən işlər də var ki, üzərində çalışmaq lazımdır. Bu gün heç kimi tənqid etmək istəmirəm. Biz bundan sonra gələcəyə baxmalıyıq”.

 

Qeyd edək ki, Azərbaycan idmançıları Tokio-2020-də 7, Rio-2016-da 18 medal qazanıb



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.